Belarusda hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən 45 nəfərə qarşı cinayət işi açılıb

Region
  • 08 oktyabr, 2024
  • 06:41
Belarusda hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən 45 nəfərə qarşı cinayət işi açılıb

Belarusda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan 45 nəfərə qarşı cinayət işi başlanıb.

“Report” Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi (İK) məlumat yayıb.

"Radikal cəmiyyətin nümayəndələri yeni təşəbbüs - "Platforma 2025" elan ediblər. Cinayət planı Belarusda seçki kampaniyası dövründə fəaliyyətlərin əlaqələndirilməsi üçün ekstremistlərin birgə fəaliyyətini nəzərdə tutur", - məlumatda bildirilib.