BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

Region
  • 26 aprel, 2017
  • 10:53
BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

Bakı. 26 aprel. REPORT.AZ/ Birləşəmiş Ərəb Əmirliyi (BƏƏ) Silahlı Qüvvələrinin çavuşu Abdulla Məhəmməd İssa əl-Xamdi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Silahlı Qüvvələr Komandanlığı bildirib.

Məlumata görə, çavuş Abdulla Məhəmməd İssa əl-Xamdi əmirliyə aid sularda döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Hadisə barədə əlavə məlumat yayılmayıb.