BBP sədri: Türkiyə-Azərbaycan münasibətlərinin inkişafından qürur duyuruq

Region
  • 03 noyabr, 2025
  • 10:58
BBP sədri: Türkiyə-Azərbaycan münasibətlərinin inkişafından qürur duyuruq

Azərbaycan müdafiə, iqtisadiyyat və beynəlxalq münasibətlər istiqamətində çox ciddi inkişaf yaşamaqdadır.

"Report" xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi brifinqdə deyib.

O, Türkiyə-Azərbaycan münasibətlərinin köklərinə toxunaraq bu inkişafdan qürur duyduqlarını ifadə edib.

Sədr 8 noyabr Zəfər Gününün yaxınlaşdığını deyərək Türkiyənin müharibə dönəmində Azərbaycana dəstəyini xatırladıb:

"Bu, bir qardaş vəzifəsi idi. Biz bundan sonra da türk birliyini yaşadacağıq".

Partiya sədri onu da deyib ki, Türkiyə ilə Azərbaycan arasında sərbəst ticarət anlaşmasının hazırlanmasına ehtiyac var.

O həmçinin Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin daha da artırılmasının vacibliyini vurğulayıb.

TÜRKPA-da bəzi türk dövlətlərinin olmadığına toxunan sədr Özbəkistan və Türkməninstanın da qısa müddət içərisində üzv olmaqlarını arzu etdiklərini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti