Ballistik hücuma məruz qalan Kiyev vilayətindən - FOTOREPORTAJ
- 17 iyun, 2023
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya qoşunları Ukraynaya yenidən hava zərbələri endirib. Bu dəfə daha çox ballistik raketlərdən istifadə olunub.
Hücum zamanı Kiyev vilayətində xeyli yaşayış binası dağılıb, yaralananlar var.
Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat “Report”un Şərqi Avropa bürosuna bildirib ki, ötən sutka ərzində Rusiyanın 6 “Kinjal” raketi, 6 “Kalibr” tipli qanadlı raket və 2 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Kiyev vilayətində daha çox zərər görən, özündə 4 qəsəbəni birləşdirən Petrovtski inzibati birliyinin rəhbəri Radion Starinki isə deyib ki, bir qəsəbədə 30-dan çox ev dağılıb və bu da yaşayış məntəqəsinin yarısını əhatə edir: “Bugünkü faciə inzibati birliyə daxil olan Stari Petrovskidə baş verib. Raket hücumu nəticəsində 33 evə ziyan dəyib, onlardan 3-ü tamamilə dağılıb. Son məlumata görə, 3 böyük və 1 uşaq xəsarət alıb”.
“Report”un Şərqi Avropa bürosunun ballistik hücuma məruz qalan ərazilərdən fotoreportajını təqdim edirik.