Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 87 nəfər deportasiya edilib

Region
  • 27 yanvar, 2026
  • 10:52
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 87 nəfər deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in yaydığı məlumata görə, kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları Gürcüstandan deportasiya olunub.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi qadağan edilib. Daxili İşlər Nazirliyi miqrasiya qaydalarına nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.