​Avstriyanın prezidenti İrana səfər edib

Region
  • 07 sentyabr, 2015
  • 07:18
​Avstriyanın prezidenti İrana səfər edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avstriyanın prezidenti Haynts Fişerin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Avstriyanın təhsil, iqtisadiyyat nazirləri, 17 universitetin və araşdırma mərkəzinin başçıları daxildir.

İki ölkə arasında ödənişsiz təhsil mübadiləsinə dair müqavilənin imzalanacağı da gözlənilir.