Avropa Komissiyası Ermənistan üçün vizasız rejimin tarixini açıqlamaqdan imtina edib

Region
  • 07 sentyabr, 2026
  • 16:17
Avropa Komissiyası Ermənistan üçün vizasız rejimin tarixini açıqlamaqdan imtina edib

Avropa Komissiyası Ermənistan vətəndaşlarının Şengen zonasına vizasız səfər rejiminin tətbiq olunacağı konkret tarixi açıqlamağı hələ tez hesab edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

P.Pinyonun sözlərinə görə, Ermənistanla danışıqlar hələ ki bir sıra istiqamətlər üzrə müzakirə mərhələsindədir.

O qeyd edib ki, Brüssel İrəvanla əməkdaşlığın gücləndirilməsi üzrə müxtəlif istiqamətləri müzakirə edir: "Onlar lazımi hazırlıq səviyyəsinə çatdıqda, Aİ münasibətlərin növbəti mərhələsinə keçə biləcək".

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 2029-cu ildən etibarən Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılacağına ümid etdiyini bildirmişdi.