​Avqust ayında Xəzərdə iki beynəlxalq müsabiqə keçiriləcək

Region
  • 14 iyul, 2015
  • 06:31
​Avqust ayında Xəzərdə iki beynəlxalq müsabiqə keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Avqust ayında Xəzər dənizində iki beynəlxalq müsabiqə keçiriləcək. "Report"un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. "Xəzər kuboku - 2015" beynəlxalq müsabiqəsi hərbi gəmi heyətləri arasında keçiriləcək, "Xəzər derbisi - 2015" isə dəniz piyadaları şəxsi heyətləri arasında baş tutacaq.

Müsabiqələrdə Xəzəryanı ölkələrin, həmçinin burada iştirak etmək istəyən Asiya-Sakit okean regionu dost ölkələrin silahlı qüvvələri hərbi donanma heyətləri və komandaları iştirak edəcək.

"Xəzər kuboku - 2015" müsabiqəsi " Xəzər dənizi akvatoriyasında, "Xəzər derbisi - 2015" isə xüsusi təchiz olunan sahil zolağında keçiriləcək. Hazırda yarışlara fəal hazırlıq işləri gedir.

Müsabiqənin məqsədi hərbi kadr hazırlığı sahəsində Xəzər regionu dövlətlərinin hərbi və hərbi-texniki əməkdaşlığını gücləndirməkdən ibarətdir.