ATƏT PA Ermənistandakı parlament seçkilərinə 100-ə yaxın müşahidəçi göndərəcək
- 03 iyun, 2026
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 30-dan çox ölkədən 100-ə yaxın üzvü və əməkdaşı iyunun 7-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Ermənistana gedəcək.
Bu barədə "Report" ATƏT PA-nın məlumatına istinadən xəbər verir.
Seçkiləri müşahidə missiyasına ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru və rəhbəri təyin edilmiş Niderland Senatının üzvü Farah Kərimi, eləcə də ATƏT PA sədrinin qərarı ilə Assambleyanın müşahidəçilər nümayəndə heyətinə rəhbərlik edəcək Monteneqro parlamentinin üzvü Yevrosima Peyoviç başçılıq edəcək.
Beynəlxalq missiyanın ilkin nəticələri və rəyləri iyunun 8-də - səsvermədən sonrakı gün İrəvanda keçiriləcək birgə mətbuat konfransında təqdim olunacaq.
Hazırkı missiya ATƏT PA-nın 1995-ci ildən bəri Ermənistandakı seçkilərdə artıq sayca 12-ci müşahidə missiyası olacaq.