Arutyunyan: Ermənistan və Azərbaycan arasında münasibətlər normal templə inkişaf edir

Region
  • 29 oktyabr, 2025
  • 12:57
Arutyunyan: Ermənistan və Azərbaycan arasında münasibətlər normal templə inkişaf edir

Ermənistan və Azərbaycan arasında münasibətlər normal templə inkişaf edir, qarşı tərəfilə bütün məsələlər üzrə intensiv əlaqələr həyata keçirilir.

"Report"un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkə hökumətinin aparat rəhbəri Araik Arutyunyan bildirib.

"Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası baş nazirlərin müavinləri səviyyəsində müzakirə olunur. Xarici İşlər nazirlikləri öz gündəliklərini müzakirə edirlər, Təhlükəsizlik Şuraları humanitar və digər məsələlər üzərində işləyirlər. Ermənistan və Azərbaycan arasında münasibətlər normal templə inkişaf edir", - o qeyd edib.

O bildirib ki, nəticələr əldə edildikdə məlumat ortaya çıxır.

A.Arutyunyan buna nümunə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyduğu qadağanı aradan qaldırmasını göstərib.

"Sülh sazişi məsələsi də ikitərəfli təmaslar zamanı daim müzakirə olunur", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti