Məhkəmə Köçəryan və ailə üzvlərinin bütün əmlakına həbs qoyub
- 14 iyul, 2023
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında keçmiş prezident Robert Köçəryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub.
"Report" erməni KİV-ə istinadən xəbər verir ki, söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir.
R.Köçəryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.
Xatırladaq ki, Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.
2018-ci il dekabrın 7-də Apellyasiya məhkəməsi eks-prezidentin həbsi haqda qərar çıxarıb. 2019-cu il mayın 18-də həbsdən azad edilib. Məhkəmənin eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma "prezidentlərinin" müraciəti əsasında zaminə buraxması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib. Köçəryanın əleyhdarları küçələrə çıxıblar və onun yenidən həbs olunmasını tələb ediblər. 2019-cu il iyunun 25-də isə Apelyasiya Məhkəməsi instansiya məhkəməsinin qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.
2020-ci il iyunun 19-da Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında onun barəsində həbs qətimkan tədbiri ləğv edilib və girov ödənildikdən sonra azad olunub.