Ankaradakı NATO sammitinin təhlükəsizliyi üçün 48 mindən çox polis səfərbər olub
- 07 iyul, 2026
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin ev sahibliyi ilə bu gün başlayacaq 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısının hazırlıqları tamamlanıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"İki gün ərzində NATO-ya üzv olan 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalistlər və dəvətlilər qəbul ediləcək", - məlumatda bildirilib.
Təhlükəsizlikdən logistikaya, kommunikasiyadan texnologiyaya qədər bütün hazırlıqların başa çatdığı zirvə toplantısı çərçivəsində liderlər, NATO-nun çəkindiricilik və müdafiə potensialının gücləndirilməsi, Avropa-Atlantika təhlükəsizliyi, müdafiə xərcləri, alyansın gələcəyinə dair strateji hədəflər, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər:
"Zirvə toplantısı çərçivəsində iştirakçılara Esenboğa, Ankara və Mürted hava limanları xidmət göstərəcək. Zirvə toplantısının təhlükəsizliyi üçün 48 min 841 polis, 7 min 447 jandarm və 639 kibertəhlükəsizlik əməkdaşının yer aldığı cəmi 56 min 927 nəfər xidmət edəcək".