Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib

Region
  • 05 avqust, 2016
  • 13:39
Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, Türkiyə-Qazaxıstan strateji əməkdaşlığının bir sıra istiqamətlərdə gücləndirilməsinin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.