Ankarada prezident sarayı hərbi aviasiyanın zərbələrinə uğrayıb

Region
  • 16 iyul, 2016
  • 03:48
Ankarada prezident sarayı hərbi aviasiyanın zərbələrinə uğrayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Ankarada Beştəpə ərazisində yerləşən prezident sarayı hərbi aviasiyanın zərbələrinə uğrayıb.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, iğtişaşçılar tərəfindən endirilən zərbələr zamanı 5 nəfər həlak olub, yaralananlar var.

Hadisə yerindən qara tüstü qalxır.

Qeyd edək ki, ötən saat ərzində Ankarada sakitçilik hökm sürürdü, hərbi aviasiya uçuşları görünmürdü, lakin saat 7.00-dan etibarən yenidən atəş səsləri ucalıb.

44 - Tezliklə