Ankarada İŞİD-in "informasiya naziri" saxlanılıb

Region
  • 04 fevral, 2018
  • 09:01
Ankarada İŞİD-in informasiya naziri saxlanılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror qruplaşmasının "informasiya naziri"ni yaxalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Haber Turk" telekanalı məlumat yayıb.

Əməliyyat Ankara Təhlükəsizlik İdarəsinin anti-terror bölməsi tərəfindən aparılıb. Məlumata görə, saxlanılan terrorçu Ömər Yetek qruplaşmada KİV sahəsinə cavabdeh şəxs olub.