Almatıda vəziyyət sabitdir, obyektlər normal rejimdə fəaliyyət göstərir

Region
  • 19 iyul, 2016
  • 07:29
Almatıda vəziyyət sabitdir, obyektlər normal rejimdə fəaliyyət göstərir

Bakı. 19 iyul. REPORT.AZ/ Dünən terror aktının baş verdiyi Almatıda bütün obyektlər normal rejimdə fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə TASS-a Almatı şəhər Daxili İşlər Departamentinin rəsmi nümayəndəsi Saltanat Azimbek məlumat verib.

"Şəhərdə vəziyyət sabitdir, həyat və vətəndaşların sağlamlığına heç bir təhlükə yoxdur. Vəziyyət tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bütün obyektlər normal rejimdə fəaliyyətini davam etdirir", - deyə o bildirib.

Mənbənin məlumatına görə, bazar ertəsi gücləndirilmiş iş rejiminə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları artıq normal rejimdə fəaliyyət göstərir.

Xatırladaq ki, iyulun 18-də Almatıda naməlum silahlı şəxslərin hücumu nəticəsində üç polis əməkdaşı və bir mülki şəxs həlak olub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu hücumu terror aktı adlandırıb.

44 - Tezliklə