Almaniyada avtobus hava limanının uçuş sahəsində qəzaya uğrayıb, 15 sərnişin yaralanıb

Region
  • 06 yanvar, 2017
  • 15:49
Almaniyada avtobus hava limanının uçuş sahəsində qəzaya uğrayıb, 15 sərnişin yaralanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərindəki hava limanında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3-ü ağır omaqla, 15 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Məlumata əsasən, içərisində 75 sərnişin olan avtobus uçuş sahəsində başqa bir nəqliyyat vasitəsilə toqquşub. Avtobusdakı sərnişinlər “Lufthansa” hava yollarının təyyarəsi ilə İspaniyanın Barselona şəhərindən gələnlər olublar. Hadisədən bir müddət əvvəl göyərtəsində 201 sərnişin olan təyyarə hava limanında yerə enib.

Hadisənin səbəbi araşdırılır.