Ali komissar: "İrana qarşı sanksiyaların aradan qaldırılması tarixi təyin edilməyib"

Region
  • 11 yanvar, 2016
  • 11:51
Ali komissar: İrana qarşı sanksiyaların aradan qaldırılması tarixi təyin edilməyib

Bakı. 11 yanvar. REPORT.AZ/ "İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması tarixi təyin edilməyib".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini bildirib.

O qeyd edib ki, sanksiyalar tezliklə qaldırıla bilər: "Razılaşmanın şərtlərinə normal şəkildə əməl edilir. Sanskiyaların aradan qaldırılması tarixinin təyin edilməsi İranın öhdəliklərinə əməl etməsindən asılıdır".