Aleksandr Lukaşenko "Vaqner"in Polşa sərhədlərinə doğru irəliləməsini təkzib edib

Region
  • 01 avqust, 2023
  • 12:19
Aleksandr Lukaşenko Vaqnerin Polşa sərhədlərinə doğru irəliləməsini təkzib edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin Polşa sərhədlərinə doğru irəliləməsi ilə bağlı rəsmi Varşavanın bəyanatına cavab verib

“Report”un xəbərinə görə, o bildirib ki, “Vaqner”in yüz nəfərlik dəstəsinin Belarus-Polşa sərhədinə yerləşdirilməsi barədə məlumat həqiqəti əks etdirmir.

“Brest və Qrodno (Belarusun şəhərləridir-red.) yerləşdirilənlər isə döyüş təcrübələrini briqadalara ötürürülər”, - dövlət başçısı söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl A.Lukaşenko “Vaqner”in Qərbə doğru getmək istədiyini bildirmişdi. Dövlət başçısının sözlərinə görə, onlar Polşada Qərbin hərbi texnikasını məhv etmək istəyirlər: “Onların ovqatı çox pisdir".