AKP-dən olan deputatın törətdiyi qəzada iki nəfər ölüb, 4-ü yaralanıb

Region
  • 16 sentyabr, 2015
  • 12:56
AKP-dən olan deputatın törətdiyi qəzada iki nəfər ölüb, 4-ü yaralanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Sparta əyalətindən olan millət vəkili Süreyya Sadi Bilgic yol-nəqliyyat qəzasında yüngül yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, deputatın idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nətcəsində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə Kütahya-Afyonkarahisar avtomobil yolunda baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.