Abxaziyada separatçı rejim prezident seçkiləri keçirib

Region
  • 25 avqust, 2014
  • 06:03
Abxaziyada separatçı rejim prezident seçkiləri keçirib

Bakı. 25 avqust. REPORT.AZ/ Separatçı rejim Abxaziya Respublikasında prezident seçkiləri keçirib. 

Report Lenta.ru-ya istinadən xəbər verir ki, ilkin məlimatlara görə, müxalifət lideri Raul Xacimba 50,57% səs toplayaraq, "prezident seçkilərinin" birinci mərhələsində qalib gəlib.

Xacimbanın ən yaxın rəqibi, Abxaziya təhlükəsizlik xidməti rəhbərinin vəzifələrini icra edən Aslan Bjaniya 35,9% səs toplayıb. "Müdafiə naziri"nin vəzifələrini icra edən Miraba Kişmariyaya 6,4% seçici səs verib, "DİN"in keçmiş rəhbəri Leonid Dzapşu 3,4% səs yığıb. Bütün namizədlərin əleyhinə 1,8% seçici səs verib. Seçkilərdə 70% seçici iştirak edib. 

Öz növbəsində, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Abxaziyada keçirilən qanunsuz prezident seçkilərini qınamağa çağırıb. Naziurlik bəyan edib ki, bu seçkilər beynəlxalq hüququn əsas prinsiplərinə sayğısızlqdır.