ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək
Region
- 03 sentyabr, 2015
- 16:28
Bakı. 3 sentyabr. REPORT.AZ/ İraq, Yəmən və Suriyada davam edən münaqişələr və İranın regional siyasəti ilə bağlı narahatlıqlar fonunda ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının kralı Salmanı sentyabrın 4-də Ağ Evdə qəbul edəcək. "Report" xəbər verir ki, bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan ərəb liderinin Birləşmiş Ştatlara ilk səfəri olacaq.
Prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf edir.
ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İŞİD qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir.
Son xəbərlər
03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Larak adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
Region23:37