ABŞ “Patriot” zenit raket komplekslərini Türkiyədən çıxarır
- 17 avqust, 2015
- 03:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 Avqust. REPORT.AZ/ ABŞ bu ilin oktyabr ayında cari missiyası başa çatdıqdan sonra “Patriot” zenit raket komplekslərinin Türkiyə ərazisində qalma müddətini uzatmayacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
NATO-ya üzv ölkələrin altı “Patriot” batareyası (ABŞ, Almaniya və Niderland) 2013-cü ilin fevral ayında Türkiyənin Suriya ilə sərhəd ərazilərində yerləşdirilib. Onların missiyası ölkəni Suriya tərəfdən mümkün hava hücumlarından qorumaq idi.
"ABŞ Türkiyə hökumətini məlumatlandıraraq bildirib ki, Amerikanın “Patriot” komplekslərinin oktyabrda başa çatacaq yerləşdirilmə müddəti uzadılmayacaq", — deyə bəyanatda bildirilir.
Həmçinin, qeyd olunur ki, raket kompleksləri son dərəcə zəruri modernləşdirilmə üçün ABŞ-a aparılacaq.