​ABŞ-ın verdiyi silahları PKK-ya ötürən terrorçu tutularaq Türkiyəyə gətirilib

Region
  • 11 fevral, 2016
  • 07:27
​ABŞ-ın verdiyi silahları PKK-ya ötürən terrorçu tutularaq Türkiyəyə gətirilib

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məqsədi ilə verdiyi silahları terrorçu PKK və onun Suriyadakı qolu "PYD"yə verən "Terzi" təxəllüslü terrorçu Mosulda tutularaq, Türkiyəyə gətirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Terzi" ABŞ ordusunun verdiyi silahların bir qismini "PYD"-yə, qalanını isə PKK-ya göndərirmiş.

Xəbərə əsasən, onun həbsi ilə ABŞ-la terrorçu PKK-nın çirkli işbirliyinin aşkarlandığı ehtimal edilir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obamanın müşaviri, Ağ evini terrora qarşı mübarizə məsələləri üzrə mütəxəssisi Brett Makkurk bu günlərədə Suriyanın Ayni-ül-Ərəb (Kobani) şəhərinə gedərək, orada özünü "komandir" kimi tanıdan Polat Canla şəkil çəkdirmişdi.

İnformasiyaya əsasən, Brett Makkurkun silahları PKK və "PYD" arasında paylaşmasını təşkil etdiyi müəyyən olunub.

44 filmi