​ABŞ-ın müdafiə naziri: "Türk dostlarımızla terrora qarşı mübarizədə əməkdaşlığımız dərinləşəcək"

Region
  • 18 fevral, 2016
  • 05:29
​ABŞ-ın müdafiə naziri: Türk dostlarımızla terrora qarşı mübarizədə əməkdaşlığımız dərinləşəcək

Bakı. 18 fevral. REPORT.AZ/ "ABŞ Ankarada törədilən terroru kəskin şəkildə qınayır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays ötən gün Türkiyənin paytaxtı Ankarada törədilən terror aksiyasına münasibət bildirərkən deyib.

"Terror hadisəsinə qarşı mübarizədə NATO-dakı müttəfiqimiz Türkiyə ilə güclü ortaqlığımızı bir daha təsdiqləyirik", - o, vurğulayıb.

ABŞ-ın müdafiə naziri Eşton Karter də törədilən terrorla bağlı Türkiyəyə başsağlığı verib: "Türk dostlarımızla terrora qarşı mübarizədə həmrəyik. Bu istiqamətdə əməkdaşlığımız dərinlşəcək".

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 29 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

44 - Tezliklə