Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib
Qarabağ
- 17 aprel, 2021
- 16:35
Ötən ilin 27 sentyabrından 10 noyabra qədər davam etmiş Vətən müharibəsində şəhid olan Sarvan Əli oğlu Mirzəyevin qız övladı dünyaya gəlib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidin övladına Sarvanə adı verilib.
Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, onun ailəsi sonralar Biləsuvar rayonuna köçüb.
S.Mirzəyev Vətən müharibəsinin son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman hərbçimiz döyüşlərdə şəxsi igidliyi və şücaətinə görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Son xəbərlər
15:37
Azərbaycan Paraqvaydan düyü tədarükünü bərpa edib
Biznes15:30
Lukaşenko: KTMT Ermənistanla münasibətlərdə korrekt olmalıdır
Digər ölkələr15:24
İranda neft-kimya kompleksində partlayış olub
Region15:23
Azərbaycan Mərkəzi Bankı iki kommersiya bankının vəzifəli şəxslərini cərimələyib
Maliyyə15:23
Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur15:22
SEPAH İsrailin konteyner gəmisini vurub
Digər ölkələr15:17
"AzerGold"un ixrac gəlirləri iki ayda 42 %-ə yaxın artıb
Sənaye15:17
Video
"Azərişıq" yağışın fəsadlarını aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır
Energetika15:14