Sergey Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Qarabağ
  • 21 noyabr, 2017
  • 03:51
Sergey Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Report/ Firi Salim

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək.

“Report” xəbər verir ki, XİN rəhbəri erməni həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarqsyanla danışıqlar aparacaq.

Lavrov İrəvana Bakıdan gedib. Burada o Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yollarını müzakirə edib. Onun sözlərinə görə, problemin bir çox istiqamətləri artıq müəyyənləşdirilib:

"Münaqişə heç kimi qane etmir, həll yollarını tapmaq lazımdır, üstəlik nəticəyə gətirib çıxarmalı olan bir çox istiqamətlər aydın görünür".