Səccad Kərim: "Azad olunmuş torpaqlarda bərpa işləri müvəffəqiyyətlə aparılır"

Qarabağ
  • 31 mart, 2022
  • 14:48
Səccad Kərim: Azad olunmuş torpaqlarda bərpa işləri müvəffəqiyyətlə aparılır

Azərbaycanın azad olunmuş ərazilərində görülən bərpa işlərində böyük irəliləyiş var.

Bunu “Report”a Avropa Parlamentinin sabiq üzvü Səccad Kərim bildirib.

“Azad olunmuş torpaqlara ikinci səfərimdir. Birinci səfərim 8 ay bundan əvvəl Füzuliyə olub, o zaman işlər yeni başlayırdı. Bu gün həmin işlərdə nə qədər böyük irəliləyişə nail olunduğunu, təhlükəsizliklə bağlı da vəziyyətin nə dərəcədə dəyişdiyini aydın görürəm. İnanıram ki, Azərbaycanın bu bölgəsinin daha da inkişaf edəcəyini yaxın zamanda görəcəyik”, - S.Kərim Böyük Britaniyanın da bu məsələdə Azərbaycana kömək ola biləcəyini deyib.

Xatırladaq ki, ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.