​Rusiyanın XİN başçısı Azərbaycan və Ermənistandan olan həmkarları ilə vəziyyəti müzakirə edib

Qarabağ
  • 02 aprel, 2016
  • 09:46
​Rusiyanın XİN başçısı Azərbaycan və Ermənistandan olan həmkarları ilə vəziyyəti müzakirə edib

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Dağlıq Qarabağda təmas xəttində yaranan gərginliyi telefonla müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin məbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, azərbaycanlı və erməni həmkarlarını yaranan gərginliyin azalmasına təsir etməyə çağırıb.