Rusiyanın müdafiə naziri Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə telefonla danışıb

Qarabağ
  • 02 aprel, 2016
  • 08:55
Rusiyanın müdafiə naziri Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə telefonla danışıb

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri - Zakir Həsənov və Seyran Ohanyanla təcili telefon danışığı aparıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, danışıqlar zamanı qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.