Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağa dair müzakirə aparıb

Qarabağ
  • 10 mart, 2021
  • 13:32
Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağa dair müzakirə aparıb
Vladimir Titov

Rusiya xarici işlər nazirinin müavini Vladimir Titovla ATƏT-in fəaliyyətdə olan sədrinin Cənub Qafqaz üzrə xüsusi nümayəndəsi, xanım Annika Söder Cənub Qafqaz, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Cənub Qafqazdakı regional şərait, o cümlədən Dağlıq Qarabağdakı problemlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.