Rusiya xarici işlər nazirinin müavini ilə ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağla bağlı müzakirə aparıblar

Qarabağ
  • 15 aprel, 2019
  • 10:01
Rusiya xarici işlər nazirinin müavini ilə ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağla bağlı müzakirə aparıblar

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa), Andrü Şafer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik arasında görüş keçirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların perspektivini, üç həmsədr ölkənin bu istiqamətdəki səylərinin əlaqələndirməsi məsələlərini müzakirə ediblər.

44 - Tezliklə