Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Qarabağ
  • 09 iyul, 2019
  • 11:52
Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib
РИА "Новости"

Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

44 - Tezliklə