Rumıniya Baş nazirinin müşaviri: "Münaqişədən sonrakı dövrdən barışığa keçmək vacibdir"

Qarabağ
  • 29 aprel, 2022
  • 18:41
Rumıniya Baş nazirinin müşaviri: Münaqişədən sonrakı dövrdən barışığa keçmək vacibdir

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları yalnız müsbət qiymətləndirmək olar. Bu, bütün səviyyələrdə edilməlidir: həm rəsmi səviyyədə, həm də cəmiyyət və QHT-lər səviyyəsində.

"Report" xəbər verir ki, bunu Rumıniya Baş nazirinin müşaviri Yulian Çifu jurnalistlərə deyib.

O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistanın sülh müqaviləsi istiqamətində, eləcə də sərhədlərin delimitasiyası məsələsində irəliyə doğru addımlar atmasını təsirli hesab edir.

"Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək, biz münaqişədən sonrakı dövrdən barışıq və sülh sazişinə keçəcəyik. Bu, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın atdığı çox mühüm addımdır", - Çifu deyib.