Qaxda Xocalı faciəsinin qurbanları anılıb

Qarabağ
  • 26 fevral, 2022
  • 06:57
Qaxda Xocalı faciəsinin qurbanları anılıb

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qax rayonunda anım tədbiri keçirilib.

”Report”un Şimal-qərb bürosunun məlumatına görə, anım tədbiri Qax şəhər Şəhidlər xiyabanında keçirilib. Anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisələrin və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Şəhidlər xiyabanında Birinci Qarabağ və Vətən müharibəsində həlak olan şəhidlərimizin məzarları üzərinə tər-çiçəklər düzüblər.

Çıxış edənlər bildiriblər ki, Xocalıda törədilən qətliamı bəşəriyyətin ən ağır faciələrindən biridir:

"Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda və Xocalıda öldürülən bütün vətəndaşlarımızın qisasını alıb və 30 il işğal altında olan torpaqlarımız azad düşməndən azad olunub".