Qaxda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qarabağ
  • 28 sentyabr, 2022
  • 09:53
Qaxda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qax rayon Şəhidlər xiyabanında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, qazilər​ və şəhidlərin yaxınları iştirak ediblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan ordusunun 44 gün ərzində düşmən üzərində qazandığı qələbənin şəhidlərin canı-qanı bahasına əldə olunduğu bildirilib.