Prezidentin köməkçisi və müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qarabağ
  • 24 yanvar, 2018
  • 06:33
Prezidentin köməkçisi və müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyəti yoxlayıb
Mod.gov.az

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

44 filmi