Prezident: "Qarabağ münaqişəsinin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır"

Qarabağ
  • 09 iyul, 2018
  • 18:28
Prezident: Qarabağ münaqişəsinin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır

Bakı. 9 iyul. REPORT.AZ/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

"Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq", - deyə dövlət başçısı əlavə edib.

44 filmi