Fransada mobil operatorların şəbəkələrində nasazlıqlar yaranıb

İKT
  • 21 oktyabr, 2026
  • 15:46
Fransada mobil operatorların şəbəkələrində nasazlıqlar yaranıb

Fransa boyunca "Orange" və "Sosh" mobil rabitə operatorlarının abunəçiləri mobil xidmətlərə çıxışda çətinliklərlə üzləşiblər.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

"Hazırda "Orange" mobil şəbəkəsinin işində kəsintilər mümkündür. Komandamız şəbəkənin işini mümkün qədər tez bərpa etmək üçün bütün səylərini göstərir", - şirkətdən bildirilib.

"Orange"ın törəmə şirkəti olan "Sosh" operatorunun abunəçiləri də nasazlıqdan əziyyət çəkiblər.

"Orange" insidentin səbəbini dəqiqləşdirməyib və şəbəkənin normal işinin tam bərpa olunacağı vaxtı açıqlamayıb.