Portuqaliyalı səyyah Qarabağ Universitetinin tələbələrinə heyran qalıb
- 24 oktyabr, 2025
- 13:30
Azərbaycanı parlaq iqtisadi gələcək gözləyir və bu inkişafın əsas hərəkətverici qüvvəsi gənc nəsil olacaq.
"Report" xəbər verir ki, bunu Portuqaliyadan olan səyyah, Atlantiko Universitetinin rəhbəri Juan Paulu Peyşotu Bakıda keçirilən mətbuat konfransında bildirib.
O, Qarabağ Universitetinin tələbələrinin enerjisi və həvəsinə heyran qaldığını deyib.
"Onların gözlərində xoşbəxtlik və ölkənin gələcəyinə töhfə vermək istəyi gördüm. Məhz bu gənclər Azərbaycanın inkişafının təməli olacaq", - J.Peyşotu vurğulayıb.
O, həmçinin iki təhsil müəssisəsi arasında əlaqələri gücləndirmək və akademik tərəfdaşlığı inkişaf etdirmək üçün Qarabağ Universitetinə Atlantiko Universiteti ilə əməkdaşlıq təklifi təqdim etdiyini bildirib.
Atlantiko Universitetinin rəhbərinin sözlərinə görə, müvafiq protokolun imzalanacağı halda universitetlər arasında tələbə mübadiləsi və birgə layihələr mümkün ola bilər.