Ombudsman Ermənistanın atəşkəsi pozması ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq
Qarabağ
- 26 may, 2021
- 18:07

“Mayın 24-dən 26-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Geharkunik bölgəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhəri istiqamətində də avtomat silahlardan havaya atəş açıblar”.
“Report”un xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
“Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəsi pozmaqla yeni münaqişə ocaqları yaratmaq və bölgədəki insan hüquqlarını təhdid edən hər cür cəhdini qınayırıq. Biz vəziyyəti diqqətdə saxlayırıq və əldə etdiyimiz məlumatlara əsaslanan hesabatlar vasitəsilə beynəlxalq təşkilatları məlumatlandıracağıq” - açıqlamada vurğulanıb.
Son xəbərlər
04:41
Kamçatka yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib
Digər ölkələr04:33
"Die Weltwoche": Makron hakimiyyətdə qalmaq ümidi ilə "istəklilərin koalisiyasını" təşviq edir
Digər ölkələr04:15
Qəzza danışıqları Doha hücumundan sonra dayandırılıb
Digər ölkələr04:08
Tramp Putinlə yenidən danışacağını bildirib
Digər ölkələr03:46
Sorğu: Almanların təxminən 70%-i kanslerin fəaliyyətindən narazıdır
Digər ölkələr03:14
ABŞ konqresmenləri Çinə səfər edəcək
Digər ölkələr02:43
KİV: Qətər polisi Dohaya hücumlardan sonra itkin düşənlərin axtarışını davam etdirir
Digər ölkələr02:17
Qətərin Baş naziri İsrailə xəbərdarlıq edib
Digər ölkələr01:38
Foto