Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Qarabağ
  • 28 sentyabr, 2022
  • 11:19
Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Oğuzda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəhidlər xiyabanında yerləşən Birinci və İkinci Qarabağ müharibələrində canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə tər çiçəklər düzülüb.

Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğunu bildiriblər.

44 - Tezliklə