Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmov dəfn edilib - YENİLƏNİB

Qarabağ
  • 21 avqust, 2026
  • 14:10
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vaqif Məhərrəmovla keçirilən vida mərasimi başa çatıb.

"Report"un Aran bürosu xəbər verir ki, mərasimdən sonra onun nəşi Şəhidlər xiyabanında dəfn olunub.

Neftçala şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vaqif Məhərrəmovla vida mərasimi keçirilib.

"Report"un Aran bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vaqif Mənsim oğlu Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

V.Məhərrəmov Neftçala şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.

44 - Tezliklə