Nazir müavini: Azad olunmuş ərazilərdə 9 yeni ağıllı şəhər və yüzlərlə yaşayış məntəqəsi salınır

Qarabağ
  • 21 may, 2026
  • 11:09
Nazir müavini: Azad olunmuş ərazilərdə 9 yeni ağıllı şəhər və yüzlərlə yaşayış məntəqəsi salınır

Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda həm əraziləri, həm etimadı, həm də gündəlik həyatı yenidən qurur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun WUF13 çərçivəsində təşkil etdiyi "Davamlı və inklüziv şəhərlərin inkişafında gənclərin və vətəndaş cəmiyyətinin liderliyi" adlı tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə 9 yeni ağıllı şəhər və yüzlərlə yaşayış məntəqəsi salır:

"İnanırıq ki, hər bir icma sadəcə bərpa olunmağa deyil, həm də inkişaf edib çiçəklənmək şansına layiqdir. Biz hazırda yaşıl enerji, rəqəmsal innovasiyalar və insan mərkəzli şəhərsalma planlaması vasitəsilə icmaların necə yaşaya, işləyə, təhsil ala və böyüyə biləcəyini yenidən təsəvvür edirik. Bu gün həmin canlandırılmış ərazilərdə təxminən 85 000 insan yaşayır, işləyir və təhsil alır. İnanırıq ki, şəhərlər sağlam, əlçatan və bir-biri ilə əlaqəli qalmalıdır. Məhz buna görə də "sağlam icmalar", "idman səhərləri" və "Fit Track" layihəsi kimi təşəbbüslər ictimai həyatı, hərəkətliliyi və rifahı gənclərə daha da yaxınlaşdırır".

44 filmi