Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycanın işğal olunmuş ərazilərinə gedəcəklər

Qarabağ
  • 05 iyun, 2017
  • 06:21
Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycanın işğal olunmuş ərazilərinə gedəcəklər

Bakı. 5 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Dağlıq Qarabağda Azərbaycanın işğal olunmuş ərazilərinə gədəcəklər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, vasitəçilər iyunun 10-da Xankəndində olacaqlar.

Əvvəlcədən xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da Bakıya səfər edəcəklər.

44 filmi