Mariya Zaxarova: "Moskvada Dağlıq Qarabağ separatçılarının nümayəndəliyi yoxdur"

Qarabağ
  • 15 mart, 2018
  • 08:39
Mariya Zaxarova: Moskvada Dağlıq Qarabağ separatçılarının nümayəndəliyi yoxdur
Mariya Zaxarova

Bakı. 15 mart. REPORT.AZ / "KİV-lərdə qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb."

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin Moskvada nümayəndəliyinin yaradılması barədə Azərbaycan KİV-nin sorğusunu şərh edərkən bildirib.

"Moskvada heç bir "Artsax" nümayəndəliyi yoxdur", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, sözügedən yazılarda adı çəkilən Albert Andriyan Ermənistanın Rusiyadakı səfirliyində müşavirdir.

"O, hər halda Rusiya Xarici İşlər Nazirliyində bu cür akkreditə olunub", - XİN nümayəndəsi vurğulayıb.