Macarıstan XİN başçısı: "Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik"
- 10 mart, 2021
- 09:10
Yeniliklərdən dərhal xəbərdar olun!
"Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır".
"Report"un xəbərinə görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.
"Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik. Cənab Prezident, ölkəmizin Baş naziri Sizə salamlarını çatdırmağı tapşırıb", - XİN başçısı əlavə edib.