Kasia Derlika-Rozenbaue: "Azərbaycan və region üçün ən vacib məsələ minaların təmizlənməsidir"
- 29 aprel, 2021
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ümid edirəm ki, Azərbaycan da bu yaxınlarda minalardan təmizlənmiş ölkə statusuna malik olacaq. Həqiqətən də Azərbaycan və region üçün ən vacib məsələ budur”.
“Report”un xəbərinə görə, bunu Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Hərəkatın siyasət və hökumətlərlə əlaqələr üzrə meneceri Kasia Derlika-Rozenbauer “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.
Onun sözlərinə görə, Azərbaycan bir neçə dəfə minaların və hərbi sursatların toplanılması, saxlanılması və ötürülməsinin qarşısının alınmasına dair Konvensiyaya dəstəyini ifadə edib: “Ölkə bir sıra addımlar da atıb. Münaqişə bitəndən sonra Azərbaycanın da Konvensiyaya qoşulmaq vaxtı gəlib çatıb. Bunun Azərbaycan üçün faydaları çox olacaq”.