Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 08:53
Qazaxıstan və Serbiya hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Serbiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişin ratifikasiyası barədə qanunu imzalayıb.

"Report"un Qazaxıstanın rəsmi KİV-lərinə istinadən verdiyi məlumata görə, oktyabrın 19-da imzalanan müvafiq sənəd dərc olunub.

"Qazaxıstan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında 2023-cü il noyabrın 29-da Belqradda imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında saziş ratifikasiya edilsin", – sənəddə qeyd olunub.

Saziş iki ölkə arasında bərabərhüquqluluq prinsipi və milli qanunvericiliyə uyğun olaraq qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər silah və hərbi texnika da daxil olmaqla, hərbi təyinatlı məhsulların qarşılıqlı tədarükünü həyata keçirə, həmçinin hərbi-texniki sahədə işlər görə və xidmətlər göstərə biləcəklər.

Bundan başqa, əməkdaşlıq əqli fəaliyyətin nəticələrini, o cümlədən həmin nəticələrə dair müstəsna hüquqları, eləcə də müvafiq məlumat və sənədlərin mübadiləsini əhatə edir.

44 filmi