İrlandiyalı səyyah: Qarabağda basdırılmış minaların sayını öyrənəndə şoka düşdüm
Qarabağ
- 28 oktyabr, 2024
- 09:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Minalarla çirklənmə Azərbaycan üçün ən ciddi problemlərdən biridir.
"Report"un Qarabağa ezam olunan əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Füzuli rayonunda minaların təmizlənməsi prosesini müşahidə edən irlandiyalı səyyah Nayl O'Murçada deyib.
"Qarabağda bir mina partlayışının nə qədər böyük ziyan vura biləcəyini və nə qədər mina basdırıldığını öyrənəndə real partlayışı görmək daha pis idi. Səs-küy və titrəyiş məni sarsıtdı", - o bildirib.
Səyyahın sözlərinə görə, minatəmizləmə Azərbaycan üçün ən çətin məsələlərdən biridir: "Yolları, binaları bərpa etmək kimi əksər problemləri zamanla aradan qaldırmaq olar. Amma qorxuram ki, bütün minalardan tam xilas olmaq çox vaxt aparacaq".
Son xəbərlər
04:50
"The Times": Avropa ABŞ-nin dizel ehtiyatları ilə bağlı tələblərinə cavab barədə razılığa gələ bilməyib
Digər ölkələr04:17
"Bild": Almaniya Hamburq limanını NATO hərbi texnikasının daşınması üçün modernləşdirir
Digər ölkələr03:36
Malayziyada "Formula-1" üzrə təxirə salınmış Bəhreyn Qran-prisi başlayır
Formula 103:02
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
Digər ölkələr02:48
Tramp Avropaya dizel yanacağı ilə bağlı müraciət edə bilər
Digər ölkələr02:06
Bessent Avropanı ehtiyatlardan neft tədarükünü sürətləndirməyə çağırıb
Digər ölkələr01:45
Almaniyada İŞİD-çi saxlanılıb
Digər ölkələr01:20
Fransada kütləvi etirazlara görə yüzlərlə lisey onlayn təhsilə keçəcək
Digər ölkələr00:56